Çin Ticarət Nazirliyinin nümayəndəsi bildirib ki, "ÇXR öz hüquq və maraqlarını qorumaq üçün qəti cavab tədbirləri görəcək." Daha əvvəl Pekin ABŞ-nin rüsumlarına cavab olaraq, Amerika məhsullarına 34%-lik tarif tətbiq edəcəyini bildirmişdi. Çin rəsmisi Vaşinqtonun ticarət siyasətini sərtləşdirmək planlarını "səhv" adlandırıb.
Pekin həmçinin, ABŞ-nin iqtisadi təzyiqlərini kompensasiya etmək üçün yuanın məzənnəsini aşağı sala biləcəyini istisna etməyib.
Xatırladaq ki, aprelin 2-də Tramp digər ölkələrdən malların idxalına qarşı "qarşılıqlı" tariflərin tətbiqini nəzərdə tutan sərəncam imzalayıb. Əsas minimal rüsum dərəcəsi 10% təşkil edir. Rusiya bu məhdudiyyətlərin tətbiq edildiyi ölkələr siyahısına daxil edilməyib.
MSNBC kanalının aparıcısı Reyçel Mədou isə Trampın bu qərarı realda mövcud olmayan bir "Ron Vara" adlı "iqtisadçının təhlilinə" əsaslanaraq verdiyini iddia edib. Onun sözlərinə görə, Tramp bu "məsləhətçini" özü uydurub.