Bakı. Trend:
17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd)Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişineuda UEFAİnkişaf Turnirində iştirak edəcək.
Trend AFFA-nınrəsmi saytına istinadən xəbər verir ki, turnir aprelin 13-dən20-dək təşkil olunacaq.
U-17 Moldova, Gürcüstan və Estoniyanın müvafiq yaş qrupundanibarət komandası ilə mübarizə aparacaq.
Milli komanda turnirə hazırlıq məqsədilə aprelin 9-dan 12-dəkBakıda təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesinə 22 futbolçucəlb olunub.
UEFA İnkişaf Turnirindəki oyunların təqvimi
14 aprel
15:30. Moldova – Azərbaycan
“Zimbru” stadionu
16 aprel
12:00. Azərbaycan – Gürcüstan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi
19 aprel
12:00. Estoniya – Azərbaycan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi
Qeyd edək ki, matçların başlama saatı Bakı vaxtı iləgöstərilib.