AZ

Avropa Çinlə münasibətləri yenidən nəzərdən keçirmək istəyir

İspaniyanın baş naziri Pedro Sançes ABŞ prezidenti Donald Trampın ölkəyə tətbiq etdiyi ticarət tariflərindən sonra Avropa İttifaqını Çinlə münasibətlərinə yenidən baxmağa çağırıb.

Editor.az bu barədə Bloomberg-ə istinadla yazır.

“Ticarət müharibəsi heç kimin marağında deyil. Ticarət müharibəsində heç kim qalib gəlmir. Bütün ölkələr itirir, xüsusən də işçilər və orta təbəqə”,- deyə bildirilib.

İspaniyanın baş naziri hesab edir ki, Vaşinqtonun hərəkətləri Avropanı yeni tərəfdaşlar tapmaqda öz yanaşmasına yenidən baxmağa məcbur etməlidir. Siyasətçi yeni reallığa uyğunlaşmağa, o cümlədən Çinə münasibətə yenidən baxmağa çağırıb.

Qeyd edək ki, Tramp aprelin 2-də 185 ölkə üçün yeni idxal tarif sistemi tətbiq edib. Bütün idxal olunan mallar üçün baza dərəcəsi 10% olduğu halda, ayrı-ayrı ölkələr üçün bu əhəmiyyətli dərəcədə yüksək olub: Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%. Çin buna cavab olaraq Amerika mallarına 34% rüsum tətbiq edib. Dünya liderləri Trampın qərarını pisləyərək qisas alacağı ilə hədələyiblər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
163
17
editor.az

10Mənbələr