Misli Premyer Liqasının XXX turunun açılış oyununda "Qarabağ" "Səbail"lə üz-üzə gələcək.
Bu gün “ASCO Arena”da keçiriləcək matçı Tural Qurbanov idarə edəcək.
Qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək.
Cari mövsümün başa çatmasına 9 tur qalmış Ağdam təmsilçisi 70 xalla turnir cədvəlinə başçılıq edir. 20 xala malik "Səbail" isə sonuncu - onuncudur.
Misli Premyer Liqası
IV dövrə, XXX tur
11 aprel
19:00. “Səbail” – “Qarabağ”Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.VAR: Fərid Hacıyev.AVAR: Kamran Bayramov.Hakim-inspektor: İmanxan Sultani.AFFA nümayəndəsi: Elgiz Abbasov.“ASCO Arena”
Qeyd edək ki, XXX turun görüşlərinə aprelin 13-də yekun vurulacaq.