AZ

İmaməddin Əlimanov Baş Prokurorluğa çağırıldı

Bakı. Trend:

Əlimanov İmaməddin İntiqam oğlu Azərbaycan Respublikası BaşProkurorluğunun İstintaq idarəsinə çağırılıb.

Trend-in əldəetdiyi məlumata əsasən, təqsirləndirilən şəxs Əlimanov İmaməddinİntiqam oğluna izah edilir ki, o, şəxsiyyətini təsdiq edən sənədləbirlikdə 05 may 2025-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri,Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi,3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası BaşProkurorluğunun İstintaq idarəsinin inzibati binasınagəlməlidir.

212006010 nömrəli cinayət işi üzrə Əlimanov İmaməddin İntiqamoğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 281.2-cimaddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 27may 2021-ci il tarixli qərar qəbul edilib. Həmin qərara əsasən,onun 2019-cu ilin aprel ayından başlayaraq 2021-ci ilin mayayınadək olan müddət ərzində vahid niyyətlə müxtəlif vaxtlarda“youtube”” sosial media hesabında “Xalq tv” adlı kanal təsisetməklə həmin kanalda, o cümlədən “Osmanqızı tv” və “İnqilab tv”kanallarında yerləşdirdiyi videomüraciətlərində və çıxışlarındadigərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halındaAzərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə,zorla saxlanılmasına, eləcə də Azərbaycan Respublikasınınkonstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıqçağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasınaəsaslı şübhələr müəyyən edilib.

Əlimanov İmaməddin İntiqam oğlu istintaqdan qaçıb AzərbaycanRespublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elanedilməsi mümkün olmadığı üçün 27 may 2021-ci il tarixli qərarlabarəsində axtarış elan edilib və Bakı şəhəri Binəqədi RayonMəhkəməsinin eyni tarixli qərarı ilə həbs qətimkan tədbiriseçilib.

Təqsirləndirilən şəxs İmaməddin Əlimanova izah edilir ki,ibtidai istintaqda şəxsən iştirak etmək, özünün seçimi əsasındamüdafiəçi vasitəsilə təmsil olunmaq və digər prosessual hüquqlaramalikdir. Müdafiəçidən istifadə etmək istədiyi halda, müdafiəçibarədə məlumatları cinayət prosesini həyata keçirən orqanagöndərməlidir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən,təqsirləndirilən şəxs İmaməddin Əlimanova xəbərdarlıq edilir ki,çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-ProsessualMəcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açılabilər və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekunqərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

Məqalədə:
Seçilən
105
28
az.trend.az

10Mənbələr