Gəncə Dövlət Universitetinin qadın əməkdaşı işdən çıxarıldığı üçün özünə xəsarət yetirib.
“Yeni Sabah” Oxu.az-a istinadla bildirir ki, hadisə universitet binasında baş verib.
37 yaşlı Günay Məmmədova kəsici alətlə damarlarını kəsib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Telegram kanalımız