AZ

Əsgəri salamvermə qaydasının pozulmasına görə cəza tədbirləri dəyişir

Bakı. Trend:

Rütbəsi böyük olanın yanında kiçik rütbəli hərbi qulluqçu hərbiintizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasınıpozarsa, böyük rütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilənnəticəni vermədikdə isə onu (gizirlər, miçmanlar, zabitlər,eləcə də hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsilmüəssisələrinin kursantları istisna olmaqla) həbs edəbiləcək.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan "Azərbaycan Respublikası SilahlıQüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında" Qanundadəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, belə hallarda əsgərləri, matrosları vəçavuşları generalların, admiralların və bütün zabitlərin həbs etməkhüquqları olacaq.

Mövcud qanunvericiliyə əsasən, rütbəsi böyük olanın yanındakiçik rütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxudəsgəri salamvermə qaydasını pozarsa, böyük rütbəli hərbi qulluqçuonu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu həbs edəbilər.

Belə hallarda kiçik zabitləri generalların və admiralların;gizirləri və miçmanları generalların, admiralların və başzabitlərin; əsgərləri, matrosları və çavuşları generalların,admiralların və bütün zabitlərin həbs etmək hüquqları var.

Bundan əlavə, təklif olunan dəyişikliklə əsgər, matros vəçavuşların həbsinin icrası bölük (komanda) baş çavuşuna həvaləediləcək. İdarələrdə (müəssisələrdə) hərbi qulluqçunun həbsi həmincəzanı təyin etmiş rəis və ya idarə (müəssisə) rəisinin göstərişiilə təyin edilmiş şəxs tərəfindən icra olunacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşdaqəbul olunub.

Seçilən
76
2
az.trend.az

10Mənbələr