Almatıda MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.Nümayəndə heyətlərinin görüşün keçiriləcəyi yerə gəldiyi bildirilir.Xarici siyasət idarələrinin rəhbərləri beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparacaq, Birlik çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi yollarını nəzərdən keçirəcəklər. Onlar həmçinin MDB formatında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.Nazirlər Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinin qeyd olunmasına hazırlıq işlərinə xüsusi diqqət yetirəcəklər.Bundan əlavə, Rusiya və Mərkəzi Asiya ölkələrinin Xarici İşlər nazirlikləri rəhbərlərinin ayrıca görüşü nəzərdə tutulub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta