Bakı. Trend:
Piriyev Rəfael Fizuli oğlu Azərbaycan Respublikası BaşProkurorluğunun İstintaq idarəsinə çağırılıb.
Trend-in əldəetdiyi məlumata əsasən, təqsirləndirilən şəxs Piriyev Rəfael Fizulioğluna izah edilir ki, o, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə02 may 2025-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Binəqədirayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ciməhəllə ünvanında yerləşən Azərbaycan Respublikası BaşProkurorluğunun İstintaq idarəsinin inzibati binasınagəlməlidir.
202006049 nömrəli cinayət işi üzrə Piriyev Rəfael Fizuli oğlununAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismindəcəlb olunması barədə 07 sentyabr 2020-ci il tarixli qərar qəbuledilmişdir. Həmin qərara əsasən, onun 19 aprel 2019-cu il tarixdən07 avqust 2019-cu il tarixədək olan müddətdə qabaqcadan əlbirolduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkumolunmuş şəxslərlə birlikdə “youtube” və “facebook” sosial mediahesablarında yerləşdirdiyi videoçarxlarda AzərbaycanRespublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorlasaxlanılmasına, Azərbaycan Respublikasının konstitusiya quruluşununzorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrininqanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarlamüşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlaretməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələrmüəyyən edilib.
Piriyev Rəfael Fizuli oğlu istintaqdan qaçıb AzərbaycanRespublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elanedilməsi mümkün olmadığı üçün 07 sentyabr 2020-ci il tarixliqərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi RayonMəhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərarı ilə həbsqətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs Rəfael Piriyevə izah edilir ki, ibtidaiistintaqda şəxsən iştirak etmək, özünün seçimi əsasında müdafiəçivasitəsilə təmsil olunmaq və digər prosessual hüquqlara malikdir.Müdafiəçidən istifadə etmək istədiyi halda, müdafiəçi barədəməlumatları cinayət prosesini həyata keçirən orqanagöndərməlidir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən,təqsirləndirilən şəxs Rəfael Piriyevə xəbərdarlıq edilir ki,çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-ProsessualMəcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açılabilər və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekunqərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.