AZ

"Neftçi"nin futbolçusu cərrah bıçağı altına yatacaq - FOTO

"Neftçi"nin futbolçusu Emil Səfərov əməliyyat olunacaq.
 
Bu barədə paytaxt təmsilçisinin mətbuat katibi Asəf Zeynallı məlumat verib.
 
"Emil hazırda məşqlərdə iştirak etmir. Əməliyyat gözlənilir. Amma dəqiq vaxt hələlik bəlli deyil", - deyə klub rəsmisi bildirib.
 
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi "Şamaxı"ya qarşı keçirdikləri Misli Premyer Liqasının XXIX turunun oyununda sıradan çıxıb. 20-ci dəqiqədə əvəzlənən yarımmüdafiəçinin çiynində problem aşkarlanıb.
Seçilən
195
4
moderator.az

4Mənbələr