AZ

Rusiya Hərbi Akademiyasının nümayəndə heyəti Milli Müdafiə Universitetində olub (FOTO)

Bakı. Trend:

Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının HərbiAkademiyasının rəisi tarix elmləri namizədi general-polkovnikVladimir Zarudnitskiyin rəhbərlik etdiyi nümayəndə heyəti MilliMüdafiə Universitetində (MMU) olub.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, MMU-da keçirilən görüşdə Universitetin rektorugeneral-mayor Gündüz Əbdülov qonaqları salamlayaraq onlarıölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib.

Görüşdə Azərbaycan və Rusiya arasında hərbi təhsil sahəsindəəməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirəolunub.

Rusiyalı qonaqlara MMU-nun yaranma tarixi, təhsil sistemi, eləcədə qarşıda duran məqsəd və vəzifələrindən bəhs edən brifinq təqdimolunub.

Sonra Rusiya nümayəndə heyəti Heydər Əliyev adına Hərbiİnstitutu ziyarət edib.

Nümayəndələrə Hərbi İnstitutun tarixi və əsas fəaliyyətistiqamətləri barədə ətraflı məlumat verilib, qarşılıqlı maraqdoğuran suallar cavablandırılıb.

Rusiya
Rusiya
Rusiya
Rusiya
Rusiya
Rusiya
Məqalədə:
Seçilən
148
8
az.trend.az

9Mənbələr