Bakı. Trend:
Bu il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdlaçalışan işçilərin sayı 1 758,8 min nəfər olub.
Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici cari ilin fevral ayının 1-i iləmüqayisədə 1,8 min nəfər və ya 0,1% çoxdur. Fevralın birinə qədərkidövrdə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1757 min nəfər olub.
Ölkədəki muzdla çalışan işilərin 878,5 min nəfəri iqtisadiyyatındövlət sektorunda, 880,3 min nəfəri isə qeyri-dövlət (özəl)sektorunda fəaliyyət göstərib.
Aylıq müqayisədə dövlət sektorunda işəyənlərin sayı min nəfərazalıb, özəl sektorda çalışanların sayı isə 2,8 min nəfərartıb.
Belə ki, fevralın əvvəlinə Azərbaycanda iqtisadiyyatın dövlətsektorunda muzdla çalışan işçilərin sayı 879,5 min nəfər, özəlsektorunda çalışan işçilərin sayı isə 877,5 min nəfər idi.
Qeyd edək ki, muzdla işləyənlərin 18,7 faizi təhsil, 18,6 faiziticarət; nəqliyyat vasitələrinin təmiri, 13,7 faizi sənaye, 8,5faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizitikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat,4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi vətexniki fəaliyyət, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı vəbalıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,9 faizi isəiqtisadiyyatın digər sahələrində məşğul olublar.
Cari ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdlaçalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiqdövrünə nisbətən 10,2 faiz artaraq 1043,6 manat təşkil edib.İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığortafəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət,eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıqnominal əməkhaqqı daha yüksək olub.