AZ

Mahir Emreli “Nürnberq”ə qələbə qazandırdı

Almaniya II Bundesliqasında 29-cu turun oyunları davam edir.

Azərbaycan millisinin forvardı Mahir Emrelinin komandası “Nürnberq” səfərdə “Kayzerslautern”lə qarşılaşıb.

Emreli də bu oyunun iştirakçısı olub. O, uzun fasilədən sonra start heyətində yer alıb və 87-ci dəqiqədə Yanni Serra ilə əvəzlənib.

Mahir ilk 11-liyə qayıdışını qolla qeyd edib. Millimizin hücumçusu 68-ci dəqiqədə komandasının ikinci qolunu vurub.

Emreli Yulian Yustvanın ötürməsini qola çevirib. Bununla da o, hazırkı klubunun heyətində 20-ci oyunda 5-ci qolunu vurub.

Mahir “Nürnberq”in heyətində sonuncu dəfə ötən il noyabrın 3-də “Hamburq”la matçda fərqlənmişdi.

Matç “Nürnberq”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə sayəsində xallarının sayını 44-ə çatdıran “Nürnberq” 7-ci pilləyə yüksəlib. 2 xal çox toplayan “Kayzerslautern” isə 5-ci pillədə qərarlaşıb.

Seçilən
191
3
cbcsport.az

3Mənbələr