AZ

Ukraynanın Sumı şəhəri ballistik raketlərlə vurulub, azı 31 mülki şəxs həlak olub

Yazını böyüt
Yazını kiçilt

Aprelin 13-də Rusiya ordusu tərəfindən Ukraynanın Sumı şəhərinin mərkəzinin iki ballistik raketlə vurulması nəticəsində həlak olan mülki şəxslərin sayı 31 nəfərə çatıb, 84 nəfər isə xəsarət alıb.

Hafta.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Krimenko məlumat verib. Nazirin sözlərinə görə, həlak olanlardan 2-si, xəsarət alanların 7-si uşaqdır.

Təcili yardım xidmətləri hadisə yerində işlərini davam etdirir.

Seçilən
89
4
hafta.az

5Mənbələr