AZ

Rusiya XİN: Ermənistan Avropa yolunu seçsə, bu, ağrılı proses olacaq...

Əgər Ermənistan Avropanın seçsə, bu, obyektiv olaraq İrəvanın Aİİ xətti üzrə tərəfdaşları ilə mövcud olan iqtisadi münasibətlərə yenidən baxılmasına səbəb olacaq...

Poliqon xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində bildirib.

Rusiya XİN nümayəndəsi qeyd edib ki, bu, Ermənistan əhalisi üçün kifayət qədər ağrılı proses olacaq.

“Burda söhbət çox inkişaf etmiş iqtisadi əməkdaşlığımız kontekstində Ermənistanı xaric etmək və ya ona zərər vermək istəyən Rusiya və ya başqa kimsədən getmir. Ötən il ticarət dövriyyəmiz təqribən 12 milyard dollar təşkil edib ki, bu da nəzərəçarpacaq artım nümayiş etdirir. Bizim Ermənistanın maraqlarını pozmaq planımız yoxdur və ola da bilməz. Ermənistan bizim müttəfiqimizdir, strateji tərəfdaşımızdır, Gürcüstanla da ortaq tarixlə bağlıyıq. Böyük Vətən Müharibəsində qələbənin 80 illiyini, inşallah, mayın 9-da birlikdə qeyd edəcəyik”, deyə Qaluzin vurğulayıb.

Qaluzin əlafə edib ki, obyektiv olaraq Aİ və Aİİ-yə eyni vaxtda üzvlük mümkün deyil, çünki bu ittifaqların müxtəlif gömrük və tarif tənzimləmələri var və onlar mahiyyətcə fərqli iqtisadi bloklardır.

“Müvafiq olaraq, erməni həmkarlarımız yəqin ki, nə vaxtsa hansı istiqamətə getdiklərini qərar verməli olacaqlar. Avropa İttifaqına inteqrasiyaya, yoxsa Aİİ vasitəsilə Avrasiya inteqrasiyasında iştirakın davam etdirilməsini onlar seçəcəklər. Aİİ-də iştirakı davam etdirmək Ermənistan əhalisinə aşkar fayda gətirir. Bu, ilk növbədə, Ermənistanın ÜDM-nin artımı üçün çox mühüm rəqəmlərlə ifadə olunur. Son bir ildə bu, təxminən 6% təşkil edib.

Digər tərəfdən, indiki mərhələdə Avropa İttifaqı Ermənistan və digər ölkələr üçün nədir? Bu, giriş üçün qeyri-müəyyən perspektivləri olan tələblər və meyarlar toplusudur. Əgər Ermənistan Avropanın seçim yolu ilə getsə, bu, obyektiv olaraq İrəvanın Aİİ xətti üzrə tərəfdaşları ilə mövcud olan iqtisadi münasibətlərə yenidən baxılmasına səbəb olacaq”, deyə Rusiya xarici işlər nazirinin müavini bildirib.

Qaluzin qeyd edib ki, Aİİ-dən ayrılmaq Ermənistan əhalisi üçün kifayət qədər ağrılı proses olacaq.

“Ehtimal etmək məntiqlidir ki, ölkə rəhbərliyi Aİİ-dən çıxmaqla nələri itirə biləcəyini, Avropa İttifaqına üzvlükdən əslində nə qazana biləcəyini öz əhalisinə izah edəcək.

Ümid edirəm ki, rəsmi İrəvanda bu vəziyyəti görürlər və buna uyğun qiymət verirlər. İndiyə qədər Ermənistan Avrasiya İqtisadi İttifaqının heç bir strukturundan çıxmayıb. Biz onun ötən il 2024-cü ildə Aİİ-yə uğurlu sədrliyini yüksək qiymətləndiririk, buna görə də əməkdaşlığımız davam edir. Ölkənin nümayəndələri MDB orqanlarının bütün tədbirlərində, bütün ekspert görüşlərində də fəal iştirak edirlər”, deyə Qaluzin vurğulayıb.

Poliqon.info

Seçilən
156
2
poliqon.info

10Mənbələr