“Zirə”nin futbolçusu Rafael Utsiq Azərbaycan çempionatlarında 25-ci qolunu vurub.
Publika.az xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının 30-cu turuna təsadüf edib.
Braziliyalı “Neftçi” ilə görüşdə (4:2) dubla imza atıb. İlk top onun Premyer Liqada ümumilikdə 25-ci, “Zirə” forması ilə 10-cu qolu olub.
Qeyd edək ki, Premyer Liqada “Qəbələ”də də çıxış etmiş Rafael ümumilikdə 124, “Zirə”də 43 matç keçirib.