AZ

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ!

ABŞ Dövlət Departamentinin DV Lotereya səhifəsində açıqlanacaq 2025 "Green card" nəticələrinin tarixi açıqlanıb.

Bizim.Media xəbər verir ki, ABŞ Dövlət Departamentinin verdiyi açıqlamaya görə, DV-2025 "Green card" lotereyasının nəticələri 4 may 2025-ci ildə açıqlanacaq.

"Green card" lotereyasının nəticələrini öyrənmək üçün aşağıdakı addımları yerinə yetirə bilərsiniz:

1- Rəsmi "Green card" nəticə sorğu səhifəsinə keçin

//dvprogram.state.gov ünvanına daxil olun.

2 - Təsdiq nömrəsini daxil edin

Müraciət edərkən sizə verilən təsdiq nömrəsi ilə sistemə daxil olun.

3 - Şəxsi məlumatlarınızı düzgün daxil edin

Nəticəni soyadınızı və doğum ilinizi düzgün daxil etməklə sorğulaya bilərsiniz.

4 - Nəticə səhifəsini yoxlayın

"Seçildi" mesajını görsəniz, növbəti addımlara keçmək üçün təlimatları diqqətlə oxuyun. (Milli.az)

Bizim.Media

Seçilən
67
14
bizim.media

10Mənbələr