AZ

“Araz Naxçıvan” brazilyalı futbolçu ilə müqavilə İMZALADI

"Araz-Naxçıvan" müdafiəçisi İqor Ribeiro ilə müqavilənin müddəti uzadılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 

Oyunu ilə məşqçilər korpusunun etimadını qazanan braziliyalı mərkəz müdafiəçisi 2025/2026-ci il mövsümünün sonuna qədər “Araz-Naxçıvan”ın formasını geyinəcək.

Qeyd edək ki, əsas heyətin daimi üzvü olan İ.Ribeiro 2023-cü ilin avqustundan “qırmızı-ağlar”ın şərəfini qoruyur.

Bizim.Media

Seçilən
164
3
bizim.media

10Mənbələr