AZ

"PAŞA Bank" qeyri-neft sektorunda reallaşdırılan yeni layihəyə 10.000.000 manat ayırdı

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank"ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorununinkişafını dəstəkləyən təşəbbüslərini davam etdirir.

Bu istiqamətdə atılan növbəti addım olaraq, Bank AzərbaycanBiznesinin İnkişafı Fondunun güzəştli kredit mexanizmi çərçivəsindəİsmayıllı rayonunun Topçu kəndində "Azerbaijan Coca-Cola Bottlers"MMC-nin sərinləşdirici içkilər istehsal edəcək yeni zavodununtikintisi üçün 10.000.000 manat məbləğində kredit ayırıb.

Yeni zavod ildə 165 milyon litr sərinləşdirici içki istehsaletmək gücünə sahib olacaqdır. Zavodun işə salınması bu regionda100-ə yaxın daimi iş yerinin yaradılmasına imkan verəcək.

"PAŞA Bank" İdarə Heyətinin sədri Cavid Quliyevin sözlərinəgörə, Azərbaycan iqtisadiyyatının real sektorunun etibarlı maliyyətərəfdaşı kimi, Bank ölkənin qeyri-neft sektorunungücləndirilməsinə və real sektorun inkişafına öz töhfəsini verməyədavam edəcək.

"Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafınınprioritet istiqamətlərinə uyğun olaraq, “PAŞA Bank” istehsal, kəndtəsərrüfatı, nəqliyyat və logistika, İKT və digər qeyri-neftsektorlarının əsas istiqamətləri üzrə həyata keçirilən layihələrdədaima iştirak edir. Ölkəyə beynəlxalq təcrübənin və müasirtexnologiyaların gətirilməsi, yeni iş yerlərinin açılması, eləcə dəreal sektorda sahibkarın inkişafına təkan verən investisiyalayihələrinin icrası “PAŞA Bank”ın əsas prioritetlərindən biridir.Əminəm ki, bu layihə Azərbaycanın qeyri-neft sektorununşaxələndirilməsinə mühüm töhfə verəcək", - deyə, Quliyevbildirib.

“Azerbaijan Coca-Cola Bottlers" MMC-nin baş direktoru RənaMəmmədova qeyd edib ki, 30 illik fəaliyyətini qeyd etdiyi zamandabu sərmayə şirkətin inkişaf yolunda əlamətdar bir mərhələni ifadəedir.

“Yeni istehsal müəssisəmiz ölkəyə uzunmüddətli öhdəliyimizin,xarici biznes üçün münit şəraitin olmasının və onun gələcəyinə olaninamımızın bariz göstəricisidir. Biz sadəcə bir şirkət deyil, həmdə etibarlı tərəfdaşıq – müştəri və istehlakçılarımız üçün dəyəryaratmağa, əməkdaşlarımızı gücləndirməyə və xidmət etdiyimizicmalara töhfə verməyə sadiqik. Bank tərəfdaşlarımızın güclüdəstəyi ilə bu mühüm addımı atmaqdan qürur duyuruq,” - deyə,Məmmədova bildirib.

Qeyd edək ki, “PAŞA Bank” bu il “International Investor”beynəlxalq nəşri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elanedilib. Bank bu mükafata Azərbaycanın qeyri-neft sektorundaqazandığı uğurlara, ölkə iqtisadiyyatının, o cümlədən real sektorunvə biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə layiqgörülüb.

Seçilən
167
27
az.trend.az

10Mənbələr