Bakı. Trend:
Azərbaycanda bu ilin birinci rübündə magistral neft kəmərləriilə 9028,8 min ton neft nəql edilib.
Trend-ə bubarədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu göstərici ötən 636 min ton və ya 6,6% azdır.Belə ki, ötən ilin birinci rübündə magistral neft kəmərləri ilə9664 min ton neft nəql edilib.
Qeyd edilib ki, cari ilin hesabat dövründə nəqletmənin 76,2faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyatakeçirilib.