AZ

Millimiz Xorvatiyaya böyük hesabla uduzdu

Futzal millimiz Avropa çempionatının əsas mərhələsində keçirdiyi son oyununda Xorvatiyaya məğlub olub.

“Football-plus.az" xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv Bakı İdman Sarayında baş tutan görüşdə rəqibinə 1:4 hesabı ilə uduzub.

Yığmanın yeganə qolunu Oktay Rüstəmli (22) vurub.

Qeyd edək ki, millinin yer aldığı 5-ci qrupu Xorvatiya 18 xalla lider tamamlayıb. Yunanıstan 7 xalla ikinci, eyni xala malik İsveç üçüncü, Azərbaycan 2 xalla sonuncu olub.

Seçilən
196
10
football-plus.az

10Mənbələr