Bakıda güclü küləklə müşahidə olunan yağıntılı hava şəraiti davam edir.
Hava şəraiti ilə əlaqədar Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində ağaclar aşıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən oxu.az-a bildirilib ki, aşan ağac artıq ərazidən götürülüb.
"Aşan ağac dərhal birliyin operativ qrupları tərəfindən ərazidən götürülüb. Qeyd edək ki, birlik hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır", - deyə məlumatda bildirilib.

