AZ

Bakıda 92 marşrut gecikir


Bakıda intensiv yağış nəticəsində 16 küçə və prospektdəki tunel və yollarda su yığılması nəticəsində 92 marşrut üzrə avtobusların hərəkətində ləngimələr müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi  (AYNA) məlumat yayıb.
Məlumata görə, Heydər Əliyev prospektinin əsas hərəkət hissəsi (tunel), Müzəffər Nərimanov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsi, tunel), Xəlil Rza Ulutürk küçəsi (metronun “Ulduz” stansiyası istiqamətində), Sabunçu dairəsi (Sabunçu bazarının yanı), Asif Əsədullayev küçəsi (Sabunçu qəsəbəsi, tunel), Binə, Qala, Mərdəkan, Şüvəlan qəsəbələrindən metronun “Koroğlu” stansiyası istiqamətində, Zabrat dairəsi, Polad Həşimov küçəsi, Ziya Bünyadov prospekti Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “Çermet” körpüsünədək, Qara Qarayev və Babək prospektləri, Rüstəm Rüstəmov küçəsi, Gəncə prospekti (hər iki istiqamətdə), Binəqədi və Bakı-Sumqayıt şoselərində marşrut avtobuslarının hərəkəti çətinləşib.
Bəzi ərazilərdə avtobusların hərəkət sxemi dəyişdirilərək alternativ yollarla təşkil edilib.
Seçilən
153
50
yeniavaz.com

10Mənbələr