AZ

Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Abit Mərdanovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Ölkə.az APA-ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Abit Mərdanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Abit Mərdanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində ötən ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə ittiham olunub.

Seçilən
98
3
olke.az

5Mənbələr