AZ

Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı

Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları rayonun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.

XəzərNews.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb.

Əraziyə polis, digər aidiyyəti qurumların əməkdaşları və texnika cəlb olunub. Yolun açılması istiqamətində işlər görülür.

Xəbər 3 dəfə oxunub.
Seçilən
83
33
xezernews.az

10Mənbələr