AZ

“O, Azərbaycanın dostu idi” - Prezidentdən başsağlığı

Prezident İlham Əliyev Riçard Armitacın vəfatı ilə bağlı ailəsinə başsağlığı verib.

"Cebheinfo.az" xəbər verir ki, başsağlığında deyilir:

“Görkəmli dövlət xadimi, diplomat və ictimai-siyasi xadim, Azərbaycanın böyük dostu Riçard Armitacın vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Riçard Armitac Azərbaycanın dostu idi. Ona Azərbaycanda hər zaman hörmət və rəğbətlə yanaşmışlar. Azərbaycan Respublikası ilə Birləşmiş Ştatlar arasında münasibətlərin inkişafında, dostluq əlaqələrimizin möhkəmlənməsində Riçard Armitacın xidmətlərini xüsusi qeyd etmək istərdim. Onunla görüşlərimi ən xoş təəssüratlarla xatırlayıram.

Riçard Armitacın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.

"Cebheinfo.az" 

Seçilən
311
48
cebheinfo.az

10Mənbələr