AZ

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşib

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşib.

"Report" xəbər verir ki, bu gün baş tutan iki pley-in oyunundan sonra bütün komandaların rəqibləri bəlli olub.

Belə ki, bu gün NTD-ni mübarizədən kənarlaşdıran "Abşeron" "Naxçıvan"a, "Sumqayıt"ı üstələyən "Sərhədçi" isə "Sabah"a rəqib olub.

Daha əvvəldən "Lənkəran"a qalib gələn "Gəncə"nin "Şəki" ilə, "Quba" üzərində qələbə qazanan "Ordu"nun isə "Neftçi" ilə qarşılaşacağı dəqiqləşib.

Azərbaycan Basketbol Liqası
Pley-off


“Neftçi” - “Ordu”

"Şəki" - "Gəncə"

"Sabah" - “Sərhədçi”

“Abşeron” - "Naxçıvan"

Seçilən
324
37
report.az

10Mənbələr