AZ

Ağsu aşırımında torpaq sürüşməsi baş verdi

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 147-ci kilometrliyində torpaq sürüşməsi baş verib.

Avtosfer.az xəbər verir ki, son günlər yağan güclü yağışlardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində torpaq sürüşməsi baş verib.

İlkin məlumatlara görə, yolun 147-ci kilometrliyində baş verən torpaq sürüşməsi nəticəsində yolun bir zolağında asfalt qatında dərin çökmə və çatlar əmələ gəlib. Bu səbəbdən, həmin hissədə avtomobillərin hərəkəti mümkün olmayıb.

Seçilən
134
16
avtosfer.az

10Mənbələr