İran XİN rəhbəri Rusiyaya səfər edib.Bu barədə İran XİN məlumat yayıb.
İranın xarici işlər naziri Abbas Araqçi yüksək səviyyəli danışıqlar üçün Moskaya səfər edib.
Araqçi İranın Ali Rəhbəri Seyid Əli Xameneinin mesajını Rusiya Prezidenti Vladimir Putinə çatdıracaq.
Səfərin məqsədi ABŞ-la Omanda keçirilən danışıqlarla bağlı Rusiya tərəfi ilə məsləhətləşmələr aparmaqdır.“Səfər çərçivəsində Maskat danışıqları (ABŞ-İran danışıqları) mövzusunda məsləhətləşmələr aparılacaq”, - İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.