Quba, 18 aprel, Elxan Yusifli, AZƏRTAC
Güclü qar yağması və qaya parçalarının yolun hərəkət hissəsinə düşməsi səbəbindən Quba-Xınalıq yolu bağlanıb.
Qubadakı 5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda yolun açılması üçün əraziyə canlı qüvvə və ağır texnika cəlb olunub.
Təhlükəli vəziyyət yolun 36-cı kilometrliyindən sonra müşahidə olunur.