AZ

Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndi və Şuşa şəhərlərinə səfəri başlayıb.

XəzərNews.azxəbər verir ki, nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gəlib. Sonra diplomatik korpusun nümayəndələri Xankəndi şəhərinə səfər edəcək, Qarabağ Universitetinin tələbələri ilə görüşəcəklər.

Xankəndi şəhəri ilə tanışlıqdan sonra xarici korpusun nümayəndələri Şuşaya şəhərinə səfər edəcək və orada aparılan abadlıq-quruculuq işləri ilə tanış olacaqlar.

Xəbər 3 dəfə oxunub.
Seçilən
140
10
xezernews.az

10Mənbələr