AZ

Naxçıvanda yeni NKA-lar ilə dövriyyə 11%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Naxçıvanda yeni nəsilnəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə101,5 milyon manat təşkil edib.

Trend-ə bubarədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bugöstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz çoxdur.

"Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanındaDövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassaaparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir", -deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycanda yeninəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınandövriyyə 6 milyard 114,2 milyon manat olub.

Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 596,2milyon manatdan, yaxud 10,8 faizdən çoxdur. İndiyədək ölkəərazisində 105 694 ədəd belə NKA quraşdırılıb.

Seçilən
183
7
az.trend.az

10Mənbələr