AZ

Vahid Əliyev xəstəxanaya yerləşdirildi

Əməkdar artist Vahid Əliyev ağciyər çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ölkə.az lent.az-a istinadən xəbər verir ki, bu barədə onun oğlu məlumat yayıb.

Artıq 10 gündür ki, hospitalda müalicə alan sənətkarın vəziyyəti hazırda stabil olaraq qiymətləndirilir.

Bildirilib ki, V.Əliyevin səhhəti həkim nəzarəti altındadır və müalicə prosesi davam edir.

Qeyd edək ki, Vahid Əliyev 2023-cü ilin yanvarında ağır ürək əməliyyatı keçirib.

Seçilən
177
19
olke.az

10Mənbələr