
İmişli rayonu Şəmmədli kənd məzarlığında naməlum əsgər kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyevin nəşi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ailəsinə təhvil verilib.“Ulusum”.az report-a istinadən xəbər verir ki, kənddə şəhidlə vida mərasimi keçirilib.Qeyd edək ki, Ələsgər Fərzalı oğlu Mirzəliyev 1969-cu il iyulun 18-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində anadan olub. O, 1993-cü il oktyabrın 24-də həmin kənd istiqamətində gedən döyüşlərdə itkin düşüb.Ə.Mirzəliyev Cocuq Mərcanlı kəndi "Lələtəpə" qəbiristanlığında dəfn olunacaq.
Diqqət Çəkənlər
Yaxşılıqla Gözəlləşən Dünya: Yunus Əmrənin İşığında Jalə Cəfərovanın Söz Yolu
Xəzər Universitetində “Maarifçi” Proqramına Maraqlı Start!
Mayonezli salatlar – ləzzətli, amma təhlükəli seçim!