Bakıda bədii gimnastika üzrə Dünya kuboku beynəlxalq turnirinin açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbir iştirakçı ölkələrin bayraqlarının arenaya gətirilməsi ilə start götürüb.
Ardınca Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fatimə Şəfizadə açılış nitqi ilə qonaqları salamlayaraq iştirakçılara uğurlar arzulayıb. O, artıq ölkəmiz doqquzuncu dəfədir bu yarışa ev sahibliyi etdiyini qeyd edib
Sonra tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsinin ardıncan bədii hissə ilə davam edib.
Qeyd edək ki, yarışda 39 ölkənin ginastları mübarizə aparırlar.
Gimnastlarımız İtaliyada bürünc medal qazanıblar
Akrobatlarımız Lüksemburqa yollanırlar
Gimnastlarımız İtaliyada keçiriləcək Dünya Kubokunda çıxış edəcəklər
AGF-in 15-ci Ümumi Yığıncağı keçirilib
Bədii gimnastika üzrə Bakı birinciliyi keçiriləcək