Aprelin 19-u səhər saatlarında Qubada “Təngə dərəsi” adlanan turizm ərazisində yolun hərəkət hissəsinə qaya parçası düşüb.
Viral.az AzərTac-a istinadən xəbər verir ki, iri qaya parçası ərazidən keçən yeganə yolu tamamilə bağlayıb. Nəticədə 10-dan artıq yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rayonda fəaliyyət göstərən qurumlarının texnikaları cəlb olunub . Qaya parçasının ərazidən kənarlaşdırılması üçün işlər görülür.
Son Yazılar:
- Qubanın 10 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsildi
- 2 yaşlı uşaq qıcolmadan öldü
- Bu gün “Qarabağ” “Neftçi” ilə üz-üzə gələcək
Quba rayon Fövqəladə Hallar Komissiyası zəruri tədbirlərin görülməsi üçün hadisə yerindədir.