AZ

“Araz-Naxçıvan” üçün Premyer Liqada 100-cü qol

Premyer Liqada uğurlu bir mövsüm keçirən “Araz-Naxçıvan” futbol üzrə Azərbaycan çempionatlarında 100-cü qolunu vurub.

Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 31-ci turuna təsadüf edib.

“Turan Tovuz”la ev görüşündə (1:1) vurulan top Naxçıvan təmsilçisi üçün yubiley xarakteri daşıyıb. Bu, qola İssuf Paro imza atıb.

“Araz-Naxçıvan” “100”ə 109-cu oyunda çatıb. Bu qollardan 54-ü evdə, 46-sı səfərdə vurulub.

Qeyd edək ki, Naxçıvan klubu ölkə çempionatları tarixində 100 və daha çox qola imza atan 33-cü komandadır.

Elmar Baxşıyevin rəhbərlik etdiyi Naxçıvan təmsilçisi hazırda Premyer Liqanın yarış cədvəlində 53 xalla 3-cü pillədə qərarlaşıb. Komanda keçirdiyi 31 oyunda 14 qələbə qazanıb, 11 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Seçilən
258
20
arena.az

10Mənbələr