
Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyasının növbəti mərhələləri ilə bağlı rəy və təklif mübadiləsini davam etdirir.
Yeniavaz.com “Armenpress” agentlyinə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın həmsədri Mqer Qriqoryan deyib.
O, tərəflər arasında komissiyaların növbəti görüşünün tarixi barədə məlumat olmadığını bildirib.