Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdən əvvəl türkiyəli nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdirib.
Sonra Müdafiə Nazirliyində görüş keçirilib.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu xüsusi vurğulayan nazir bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən ordu generalı İ.Özsert göstərilən qonaqpərvərliyə və səmimi münasibətə, eləcə də hər iki qardaş ölkənin hərbçilərinin Bakıda növbəti görüşünün təşkilinə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib.
Ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.
Görüşdə Azərbaycan və Türkiyə respublikaları arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.
10Mənbələr
-
ayna.azZakir Həsənov İrfan Özsert ilə görüşüb ( 1674341)
-
olaylar.azAzərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib ( 1670189)
-
redaktor.azZakir Həsənov türkiyəli generalla görüşdü ( 1670015)
-
senzor.azZakir Həsənov Türkiyə Baş Qərargahının 2-ci rəisi ilə görüşüb ( 1669814)
-
demokrat.azTürkiyəli general Bakıya gəldi — Zakir Həsənovla görüşdü ( 1669559)
-
yenicag.azAzərbaycan-Türkiyə arasında hansı məsələlər müzakirə edildi? – FOTO ( 1669430)
-
globalinfo.azAzərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edildi – FOTOLAR ( 1668983)
-
visiontv.azAzərbaycan-Türkiyə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib ( 1668692)
-
qht.azAzərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib ( 1668539)
-
poliqon.azZakir Həsənov Türkiyə Baş Qərargahının 2-ci rəisi ilə görüşüb ( 1668323)