AZ

ABL: İki yarımfinalçı müəyyənləşdi

Azərbaycan Basketbol Liqasında iki yarımfinalçı bəlli olub.

Fanat.Az xəbər verir ki, bu gün keçirilən pley-off matçlarından sonra növbəti mərhələyə yüksələn komandalar müəyyənləşib.

"Sərhədçi"yə 104:77 hesabı ilə qalib gələn "Sabah" istəyinə çatıb. Tərəflərin ilk duelində də qələbə "bayquşlar"ın olmuşdu - 90:64.

Növbəti yarımfinalçının adına "Ordu" - "Neftçi" görüşündə aydınlıq gəlib. Rəqibini 88:54 hesabı ilə üstələyən "ağ-qaralar" adını növbəti raunda yazdırıb. Tərəflər arasında reallaşan ilk görüşdə də "Neftçi" qalib (93:84) gəlmişdi.

Qeyd edək ki, "Sabah" finala gedən yolda "Şəki" - "Gəncə", "Neftçi" isə "Naxçıvan" - "Abşeron" cütünün qalibi ilə qarşılaşacaq.

Seçilən
162
7
fanat.az

8Mənbələr