AZ

Hövsanda partlayış baş verən ev spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərib - Yenilənib 

Hövsanda partlayış baş verən ev spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərib...

Poliqon xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 4 otaqlı evin (spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərən) yanar konstruksiyaları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində evdə partlayış olub.

Poliqon xəbər verir ki, hadisə Bağlar massivində fərdi evdə qeydə alınıb.

Nəticədə evdə olan Elvin Məmmədov ölüb, Nihad Əşrəfov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info 

Seçilən
137
14
poliqon.info

10Mənbələr