Lənkəran Elektrik Şəbəkəsində (EŞ) 35 kV-luq "Xanbulan" hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar aprelin 23-də bir sıra kəndlərdə elektrik xətləri sifarişə əsasən açılacaq. "Azərişıq"dan Sfera.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək rayonun Kərgəlan, Şağlaküçə, Qurumba, Xanbulan, Parakənd, Bürcəli, Daştatük, Rvo, Şovu kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta