AZ

İran-ABŞ danışıqlarının üçüncü raundunun harada keçiriləcəyi açıqlanıb

ABŞ və İran arasında danışıqların üçüncü raundu aprelin 26-da Omanın paytaxtı Maskatda keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi Tasnim mənbəyə istinadən məlumat yayıb.

Həmçinin qeyd olunub ki, iki ölkənin texniki qrupları arasında danışıqlar eyni gündə, İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkofla görüşündən əvvəl baş tutacaq.

Agentlik hər iki texniki qrupun danışıqlarının və Vitkoff və Araqçi arasında danışıqların birbaşa olmayacağını, Omanın vasitəçiliyi ilə baş tutacağını açıqlayıb.

Seçilən
470
50
operativmm.az

10Mənbələr