
Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, son günlər bir-birinin ardınca yaxınlarını itirən müğənni aritmiya diaqnozu ilə xəstəxanaya çatdıeılıb.
Belə ki, Mahsun Kırmızıgül 6 dekabr 2024-cü ildə anası Faike Bezenciri itirib. Daha sonra ögey anası Zühre Bazencirin vəfatı ilə sarsılıb.
Anasının ölüm acısına hələ də tam unutmayan müğənni yaxın dostu Serşat Erbilgini də itirib.
Bir-birinin ardınca gələn ölüm xəbərləri müğənninin səhhətinə mənfi təsir edib.
Çox sevdiyi iki sənətçi Edip Akbayram və Volkan Konakın ölümündən sonra o aritmiya diaqnozu ilə təcili olaraq xəstəxanaya çatdırılıb.