AZ

"Azərreyl" çempion OLDU

"Azərreyl" qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında çempion olub.
 
Moderator.az xəbər verir ki, sözügedən kollektiv finalın ikinci matçında "Abşeron"la qarşılaşıb.
 
Milli Gimnastika Arenasında baş tutan qarşılaşma "Azərreyl"in 3:0 (28:26, 30:28, 25:22) hesablı qələbəsi ilə yekunlaşıb.
 
Finalın ilk matçı "Abşeron"un eyni hesabla üstünlüyü ilə bitdiyindən qalibi "qızıl set" müəyyənləşdirib Həlledici setdə 15:12 hesablı qələbə qazanan "Azərreyl" qızıl medallara sahib çıxıb və titulunu qoruyub.
Seçilən
397
12
moderator.az

10Mənbələr