Basketbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin sonuncu oyunu keçirilib.
Bu gün Basketbol üzrə Azərbaycan Liqasının pley-off mərhələsinə yekun vurulub.
Operativ Media xəbər verir ki, 1/4 finalın son oyununda “Naxçıvan” və “Abşeron” komandaları arasında seriyanın üçüncü, həlledici qarşılaşması baş tutub. "Naxçıvan" məğlub olaraq mübarizəni dayandırıb.
Azərbaycan Basketbol Liqası
Pley-off mərhələsi
24 aprel
19:00 "Naxçıvan" – "Abşeron" - 73:78 (9:18, 25:19, 24:20, 15:20)
Bakı, İdman Sarayı. Seriyanın hesabı 1:2.
Qalib komandanın ən yaxşı oyunçusu 18 xal toplayan Aubrey MakAlpin olub.
Yarımfinalda “Sabah” Şəki, “Neftçi” isə “Abşeron”la qarşılaşacaq.