AZ

Təyyarə dənizə düşdü, 6 polis əməkdaşı həlak oldu - Tailandda

Tailandın Praçuab Kiri Xan əyaləti sahillərində kiçik təyyarənin dənizə düşməsi nəticəsində 6 polis əməkdaşı həlak olub.

Ölkə.az xəbər verir ki, Tailand polisinin verdiyi açıqlamaya görə, polis təyyarəsi paraşüt təlimindən əvvəl sınaq uçuşu üçün havaya qalxıb.

Yerli vaxtla saat 09:00 radələrində sınaq uçuşu zamanı "DHC-6-400 Twin Otter" model təyyarəsi Hua Hin yaxınlığında dənizə düşüb.

Hadisə ilə bağlı araşdırma başlanıb.

Həmidə İbrahimova

Seçilən
90
3
olke.az

9Mənbələr