Ötən il 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilən jurnalist Əvəz Zeynallı vaxtından əvvəl azadlığa buraxılıb.
Publika.az xəbər verir ki, Nizami Rayon Məhkəməsi bu dəqiqələrdə belə qərar çıxarıb.
Hakim Nigar Qədirli xərçəng xəstəliyindən əziyyət çəkən məhkumun həbsdə qalmasını hüquqi baxımdan düzgün hesab etməyib.
Qərara əsasən, Əvəz Zeynallı cəzasının çəkilməmiş hissəsindən azad edilib. O, saxlanıldığı cəzaçəkmə müəssisəsindən dərhal azad ediləcək.
Tibbi arayışda qeyd edilib ki, jurnalist 4-cü dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkir və onun həbsdə müalicəsi mümkünsüzdür.