Aktual.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, hava gəmilərinin dövlət qeydiyyatının və uçotunun aparılmasını aşağıdakı qurumlar həyata keçirəcək:
- dövlət aviasiyasına aid hava gəmilərinə münasibətdə - Müdafiə Nazirliyi;
- mülki aviasiyaya aid hava gəmilərinə münasibətdə - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi;
- mülki eksperimental aviasiyaya aid hava gəmiləri üzrə - Dövlət Mülki Aviasiya Agentliyi, dövlət eksperimental aviasiyasına aid hava gəmiləri üzrə - Müdafiə Nazirliyi.