Bakı. Trend:
Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığıilə Azərbaycan parlament nümayəndə heyəti Roma Papası Fransiskindəfn mərasimində iştirak etmək üçün İtaliyaya səfərə gedib.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Roma şəhərinin beynəlxalq hava limanında MilliMəclisin nümayəndə heyətini Azərbaycanın Müqəddəs Taxt-Tacdakısəfiri İlqar Muxtarov, ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanovvə Vatikan rəsmiləri qarşılayıblar.
Milli Məclisin sədri aprelin 26-da Santa Maria Maggiorebazilikasında keçiriləcək dəfn mərasimində ölkəmizi təmsil edəcək,Roma Papasının son mənzilə yola salınması tədbirlərinəqatılacaq.